Latviya Ukraynaya 1400 PUA göndərir


Latviya Ukraynaya göndəriləcək 1,4 min pilotsuz uçuş aparatının (PUA) ən böyük partiyasını hazırlayıb.


AFN.az-ın xəbərinə görə, bu barədə Baltikyanı Respublikanın müdafiə naziri Andris Spruds məlumat verib.

“Latviya istehsalçılarından dronların ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb. Bura 1400 PUA daxildir" - deyə ölkə mediası nazirin sözlərindən sitat gətirib. Spruds əlavə edib ki, Latviya Müdafiə Nazirliyinin latviyalı istehsalçılardan Kiyev üçün elan etdiyi 2,7 min pilotsuz təyyarənin alınması başa çatıb.

İyulun əvvəlində Latviya rəhbərliyi Ukraynaya Latviya müəssisələri tərəfindən istehsal olunan, təxminən 4 milyon avro dəyərində müxtəlif tipli 2,5 min PUA-nın tədarükünü vəd etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu