Rostov AES-də şəbəkə bağlantısı kəsilib


Rusiyanın cənubundakı Rostov AES-in enerji bloku turbin nasazlığı səbəbindən şəbəkədən ayrılıb.



Bu barədə dövlət nüvə enerji şirkəti "Rosatom" məlumat yayıb.

Nasazlığın nədən yarandığı barədə ətraflı məlumat verilməsə də, nasazlıq aradan qaldırıldıqdan sonra blokun yenidən qoşulmağa hazır olacağı bildirilib. Əlavə edilib ki, hazırda AES-də daha iki enerji bloku işləyir.

Qeyd edək ki, Rostov Atom Elektrik Stansiyası ümumi gücü 4071 meqavat olan Rusiyanın cənubunda ən böyük enerji istehsal edən obyektdir. O, Rostov vilayətində elektrik enerjisi istehsalının təxminən 75%-ni təmin edir və digər cənub rayonlarının şəbəkəsinə qoşulur.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu