Rumıniyanın atom elektrik stansiyası nasazlıq səbəbindən bağlanıb


Rumıniyada atom elektrik stansiyasının (AES) birinci bloku nasazlıq səbəbindən sıradan çıxıb.



Bu barədə TASS “Nuclearelectrica” şirkətinə istinadən yazıb.

Qeyd olunur ki, cümə günü, iyulun 19-da texniki nasazlıq səbəbindən birinci blok milli enerji sistemindən ayrılıb.

“AES-in mütəxəssisləri mövcud prosedurlara uyğun olaraq onun aradan qaldırılması üçün səbəbi öyrənirlər. Avtomatik söndürmə və təmir işləri nüvə təhlükəsizliyinə, şəxsi heyətin və əhalinin təhlükəsizliyinə təsir göstərmir”, - məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu