ABŞ-da prezidentlik yarışından çəkilən Kennedi Trampı dəstəkləyəcək


Müstəqil namizəd Robert Kennedi ABŞ-da prezidentlik yarışından çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Respublikaçı namizəd Donald Trampı dəstəkləyəcəyini bildirib.


Çıxışının əvvəlində Kennedi əslində demokrat olduğunu, lakin partiyanın istiqaməti və praktikasına görə ötən oktyabrda təşkilatı tərk etdiyini və müstəqil olaraq yarışa girməyə qərar verdiyini deyib.

ABŞ-ın sonsuz müharibələrə, xüsusilə də Ukrayna müharibəsinə girməsinə qəti şəkildə qarşı olduğunu vurğulayan Kennedi, Trampın bu müharibəni sona çatdırmaqda qərarlı olduğunu bildirib: "Tramp müharibəni bitirən kimi Putinlə yenidən danışıqlara başlayacağını deyir. Təkcə bu məni onun kampaniyasını dəstəkləməyə vadar edir. Bunun üçün onun prezidentliyini qanuniləşdirmək kifayətdir".

Demokratların Ukrayna müharibəsi, sərhəd təhlükəsizliyi, ölkədə səhiyyə sistemi problemləri, hərbi sənaye kompleksi ilə əlaqələr, ifadə azadlığı və kəşfiyyat orqanlarının siyasi idarəçiliyə cəlb olunması kimi əsas mövzularda çox pis sınaqdan keçdiyini iddia edən Kennedi bu sahələrdə Trampın ritorikasına daha yaxın olduğunu vurğulayıb.

Yarışa girdiyi aylarda keçirilən anketlərdə Kennedinin 7-8 faizə çatan ictimai dəstəyinin son aylarda xeyli azaldığı bildirilir. Digər tərəfdən, Kennedinin dəstəyini alan Trampın Kamala Harrislə hazırda çox yaxın olan yarışda üstünlüyə malik ola biləcəyi deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu