ABŞ Gürcüstanda rəngli inqilab hazırlayır - İDDİA


Birləşmiş Ştatlar “Gürcü arzusu” partiyasının oktyabrda keçiriləcək seçkilərdə qalib gəlməsinin qarşısını almaq üçün “Tiflis Maydanı” keçirməyə hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosundan daxil olan məlumatda qeyd edilib.

Bildirilir ki, Ağ Ev oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdır. Rusiya Xarici Kəşfiyyat Xidməti bildirir ki, "Tiflis Maydanı"nda səsvermə zamanı “saxtakarlıq sübutları” dərc etmək, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hökumətin dəyişdirilməsini tələb etmək planlaşdırılır. "Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək. “Amerikalılar “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər" - deyə xidmətin məlumatında qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu