Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etmək istəyir - İDDİA


Gürcüstan hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etmək üçün fəal işləyir.



Bu iddia ilə iyunun 11-də Mtavari Arkhi telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, artıq Gürcüstanın Moskvadakı səfirliyinə işçilərin seçiminə başlanılıb.

Kanalın həmsöhbətləri iddia edirlər ki, hakim “Gürcü arzusu” partiyası bu planları rədd edir.

Qeyd edək ki, ölkələr arasında diplomatik əlaqələr 2008-ci ildə kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu