Kamala Harris 540 milyon dollar ianə toplayıb


ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris iyulun 21-də namizəd olduqdan sonra seçki kampaniyası çərçivəsində 540 milyon dollar ianə toplayıb.



"The Hill"in xəbərinə görə, Harrisin seçki kampaniyasının sədri Cen O'Malli Dillon Demokratlar Partiyasının Çikaqoda keçirilən konqresindən sonra açıqlama verib.

Dillon Harrisin kampaniya çərçivəsində 4 günlük konqresdə topladığı ianə məbləğinin 82 milyon dollar artaraq 540 milyon dollara çatdığını açıqlayıb.

Konqres zamanı donorların sayında nəzərəçarpacaq artım olduğunu deyən Dillon, konqres başlayandan bu yana 200 min yeni könüllünün kampaniya üçün qeydiyyatdan keçdiyini bildirib.

Dillon ianələrin üçdə birinin ilk dəfə ianə verən insanlardan gəldiyini və ən çox ianə verən ən müəllimlər və tibb bacıları olduğunu ifadə edib.

Qeyd edək ki, avqustun 19-22-də Çikaqoda Demokratlar Partiyasının Konqresi keçirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu