Tramp açıq havada gülləkeçirməz şüşə kabinədən çıxış edib


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp iyulun 13-də sui-qəsddən sonra Şimali Karolina ştatında gülləkeçirməz şüşə kabinənin içindən açıq havada ilk seçki çıxışını edib.



Tramp çıxışında rəqibi, Demokratlar Partiyasının prezidentliyə namizədi, vitse-prezident Kamala Harrisi tənqid edib.

İmmiqrasiya siyasətləri ilə bağlı Donald Tramp, "Harris sərhədləri açmaq istəyir. Prezident olarsa, 4 il ərzində təkcə Cənubi Amerikadan deyil, dünyanın hər yerindən 60-70 milyon insan gələcək" ifadələrini işlədib.

“Yoldaş Kamala” deyə müraciət etdiyi Harrisin toxunduğu hər şeyi və ölkəni məhv edəcəyini iddia edən Tramp, rəqibinin prezident olacağı təqdirdə “Üçüncü Dünya Müharibəsi zahirən təminat altına alınacaq” deyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu