Hollandiyadan "Uber"ə 290 milyon avro cərimə
Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı "Uber"i Avropada sürücülərin şəxsi məlumatlarını Avropa İttifaqının (Aİ) qaydalarını pozaraq ABŞ-a göndərdiyinə görə 290 milyon avro cərimələyib.
Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) "Uber"in AB qanunlarını pozaraq sürücü məlumatlarını ABŞ-a ötürdüyünə görə cərimələndiyini açıqlayıb.
Açıqlamada "Uber"in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, yerlər, fotoşəkillər, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarının lazımi qaydada qorunmadığı və ABŞ-a göndərildiyi bildirilib.
Məlumatda "Uber"in sözügedən müraciətinin AB Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) ciddi pozuntusu olduğu təsbit edildiyi və bu səbəbdən "Uber"in 290 milyon avro cərimələndiyi vurğulanıb.
"Uber"in Avropa mərkəzinin Hollandiyada olduğu və Fransadakı sürücülərin şikayəti ilə araşdırmaya başlanıldığı və şirkətin məlumat ötürülməsinə son verdiyi ifadə edilib.
Mənbə: AA