Romao cavab matçında oynaya biləcək

“Qarabağ”ın futbolçusu Julio Romao sarı vərəqə almasına baxmayaraq, pley-off mərhələsinin cavab matçında “Dinamo”ya qarşı çıxış edəcək.
Buna səbəb UEFA-nın yeni qərar tərtib etməsidir.
Belə ki, Julio Romao 3-cü sarı vərəqəni aldığından pley-offun cavab görüşünü buraxmalı idi. Lakin yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. Belə ki, bu qayda “Rijeka”nın futbolçusu Mario Paşaliçə tətbiq edilib.
UEFA-nın saytında da oyunçunun cəzalı olması barədə hər hansı qeyd yoxdur.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq.
Komandalar arasında Zaqrebdə keçirilən ilk oyunda “Dinamo” 3:0 hesablı qələbə qazanıb.