Durovun vəkili: Müvəkkilimin platformada törədilmiş cinayətlərə görə məsuliyyət daşıması absurddur


Fransada saxlanıldıqdan sonra şərti olaraq azadlığa buraxılan "Telegram" mesajlaşma tətbiqinin qurucusu və baş icraçı direktoru (CEO) Pavel Durovun vəkili platformada törədilən cinayətlərə görə müvəkkilinin məsuliyyət daşımasına reaksiya verib.



Milli mətbuatda yer alan xəbərə görə, Durovun vəkili David-Olivier Kaminski barəsində 12 müxtəlif ittiham irəli sürülən və dünən məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilən müvəkkilinin məhkəmə prosesi ilə bağlı açıqlama verib.

Müvəkkilinə qarşı irəli sürülən ittihamlara gəlincə Kaminski “Sosial şəbəkə administratorunun ona birbaşa və ya dolayısı ilə aidiyyatı olmayan cinayət əməllərində iştirak edə biləcəyini düşünmək tamamilə absurddur” deyib.

Vəkil Kaminski "Telegram"ın Avropa İttifaqının (Aİ) qaydalarına uyğun hərəkət etdiyini vurğulayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu