KİV: F-16 qəzası Ukraynaya ciddi zərbə oldu


Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması və pilotunun ölümü Kiyev üçün ciddi zərbə oldu.


AFN.az xəbər verir ki, bu barədə “The Washington Post”un materialında qeyd edilib.

Müşahidəçi Brayan Pitskin sözlərinə görə, qəza nəticəsində pilot, polkovnik-leytenant Aleksey Mes həlak olub. Qeyd olunur ki, o, F-16-ları idarə etmək üçün təlim keçmiş azsaylı təcrübəli ukraynalı pilotlardan biri olub. Nəşr xatırladır ki, Kiyev dəfələrlə Qərbdən daha çox F-16-ların verilməsini xahiş edib, lakin bu qırıcıları yalnız məhdud sayda aldığını bildirib.

"The Washington Post" yazır ki, Ukraynanın sərəncamında olan bir neçə F-16 qırıcısından birinin itirilməsi onun müdafiə qabiliyyətinə ciddi ziyan vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu