Ukrayna Monqolustanı Putini “həbs etməyə” çağırıb


Ukrayna Monqolustanı Rusiya prezidenti Vladimir Putini “həbs etməyə” çağırıb.


AFN.az xəbər verir ki, müvafiq bəyanat Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

“Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısına çıxmalıdır. Biz Monqolustan hakimiyyətini məcburi beynəlxalq həbs orderinə əməl etməyə çağırırıq”, - deyə qurumun bəyanatında deyilir.

Öz növbəsində rəsmi Ulan-Bator bu addımı atmayacağını bəyan edib. Kremlin Rusiya liderinin Monqolustan səfərinə hazırlıqları ilə tanış olan "Bloomberg"in məlumatına görə, ölkə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putinin “həbs edilməsi” ilə bağlı orderinə əməl etməkdən imtina edib.

Rusiya prezidenti sentyabrın 3-də Monqolustana səfər edəcək. Rəsmi səfər çərçivəsində o, Monqolustanın rəhbəri Uxnaaqiyn Xurelsux ilə görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu