Aİ Meksikanı Putini BCM-nin orderi ilə həbs etməyə çağırıb


Avropa Komissiyası Meksika hakimiyyətini Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb.


Bu barədə Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stano "Euractiv"ə şərhində bildirib.

Stano bildirib ki, Meksika Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tərəfi kimi ona qarşı həbs qərarı olan Putini Mexiko şəhərində keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün dəvəti qəbul edərsə, qanuni olaraq həbs etməyə borcludur.

"Buna görə də Meksikanın BCM-nin üzvü kimi öhdəliklərini yerinə yetirəcəyinə inanırıq" - deyə Stano qeyd edib.

Avropa Komissiyasının sözçüsü Meksikanın iyun ayında İsveçrədə keçirilən sülh sammitində iştirak etdiyini, orada Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırması barədə konsensusun əldə edildiyini və BMT-də səsvermə zamanı Rusiyanın təcavüzünü pislədiyini xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu