İngiltərədə Qəzzanı dəstəkləyən 5 müstəqil millət vəkili parlamentdə ittifaq yaradıb


Böyük Britaniyada Qəzzanı dəstəkləyən 5 müstəqil deputat, o cümlədən keçmiş İşçi Partiyasının lideri Ceremi Korbin parlamentdə qrup qurduqlarını açıqlayıb.


Korbin və parlamentdəki digər dörd deputat birgə bəyanat verərək, rəsmi olaraq "Müstəqil Alyans" adlı parlament qrupu yaratdıqlarını elan etdilər.

Qrup Britaniya parlamentində “çarəsizliyin hökm sürdüyünü” və parlamentə ümid bəsləməyi hədəflədiklərini bildirib.

Qrup qənaət siyasəti, sosial rifah və İsrailə silah satışı kimi mövzularda birgə çalışaraq parlamentdəki təsirini artırmağı hədəflədiyini açıqlayıb.

Qrupa iyulun 4-də keçirilən ümumi seçkidə Leyboristlər Partiyasından namizədliyi əngəlləndikdən sonra yenidən müstəqil deputat seçilən Korbin, həmçinin deputatlar Şokat Adam, Ayub Xan, Adnan Hüseyn və İqbal Məhəmməd daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu