Buenos-Ayresdə bağlamanın partlaması nəticəsində 4 nəfər xəsarət alıb


Argentina Kənd Təsərrüfatı Cəmiyyətinin (La Sociedad Rural Argentina) sədrinə ünvanlanmış içərisində partlayıcı maddə olan bağlamanın işə salınması nəticəsində 4 nəfər xəsarət alıb.



TN telekanalı xəbər verir ki, bu barədə Buenos-Ayresin təhlükəsizlik naziri Valdo Volf məlumat verib.

O, bildirib ki, bundan sonra yanğın siqnalı işə düşüb. Volf bildirib ki, qız qolundan yüngül xəsarət alaraq xəstəxanaya aparılıb. Partlayış nəticəsində yaranan tüstüdən daha üç nəfər boğulub. Binada olan insanlar dərhal təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu