Baydendən Eyginin qətli ilə bağlı açıqlama: Kifayət qədər məlumatım yoxdur
ABŞ prezidenti Co Bayden türk əsilli amerikalı vətəndaş fəal Ayşenur Ezgi Eyginin İsrail əsgərləri tərəfindən öldürülməsi ilə bağlı komandası ilə görüşdüyünü, lakin hələlik kifayət qədər məlumata malik olmadığını bildirib.
ABŞ prezidenti Bayden Miçiqan ştatına səfəri zamanı hadisə ilə bağlı sualları cavablandırıb.
Bayden ona ətraflı məlumat verildikdən sonra qiymət verə biləcəyini bildirib.
"Bu mövzuda daha ətraflı məlumat verəcəyəm, lakin bu məlumat hələ məndə yoxdur. Daha çox məlumata ehtiyacım var, ona görə də Ağ Evdən gec ayrıldım, komandamla telefonda danışdım. Daha sonra daha ətraflı açıqlama verəcəm”. dedi.