"Bakcell" "Vodafone Group"la əməkdaşlıq edəcək


Ölkənin ən böyük özəl mobil operatoru "Bakcell” dünyanın aparıcı telekommunikasiya şirkəti "Vodafone Group”dan strateji tərəfdaşlıq dəstəyi alacaq.


Bu il "Vodafone” "Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən "Bakcell”, qrupa bağlı şirkət olaraq, xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, "Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək.

"Vodafone” 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edir, daha 45 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Şirkət dünyanın ən böyük IoT platformalarından birinə malikdir. Afrika qitəsində "Vodafone” şirkətinin maliyyə texnologiyaları müəssisələri hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir. Bu da digər provayderin əməliyyatlarından daha çoxdur.

"Bu əməkdaşlıq "Bakcell”in telekommunikasiya bazarında mövqelərini daha da gücləndirəcək və müştərilərimizə ən son innovativ həll yolları təqdim etməyimizə imkan verəcək. "Vodafone”la tərəfdaşlıq, həmçinin ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcək və yeni texnologiyaların tətbiqinə əhəmiyyətli töhfə verəcək”, - deyə "Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

"Vodafone”un Tərəfdaş Bazarları üzrə baş icraçı direktoru Petr Dvorjak isə öz növbəsində əlavə edib: "Biz telekommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi, əməliyyatların səmərəliliyi və müştəri xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək məqsədilə dünyada bir sıra telekommunikasiya operatorları ilə əməkdaşlıq edirik. Biz qarşıdakı illər ərzində "Bakcell”lə birgə işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu əməkdaşlıq "Bakcell”in fərdi və korporativ müştərilərinə böyük fayda gətirəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu