YouTube-a baxaraq əməliyyat edən həkim uşaq ölümündə günahlandırılır


Hindistanın Bihar əyalətində öd kisəsini əməliyyatını YouTube-a baxaraq edən həkimin 15 yaşlı uşağın ölümünə səbəb olduğu iddia edilib.


NDTV-nin məlumatına görə, Biharda öd kisəsi əməliyyatından sonra dünyasını dəyişən uşağın ailəsi hadisə ilə bağlı açıqlama verib.

Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən YouTube videosunun köməyi ilə əməliyyat olunduğunu iddia edib.

Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini iddia edən ailəsi övladının ölümünə saxta həkimin səbəb olduğunu deyir.

Ailə həkimin uşaqlarını xəstəxanada qoyaraq qaçdığını iddia edib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu