Yaponiyada düyü böhranı: Rəflər boş qaldı
Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub. Ticarət rəfləri kifayət qədər ehtiyat olmadığı üçün boş qalıb. Bəzi bazarlarda müştərilərə alış üçün məhdudiyyət qoyulub.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, keçən ay ölkəni vuran 7,1 bal gücündə zəlzələ və “Şanşan” qasırğasından sonra meydana gələn birja tendensiyası və turist bumunun gətirdiyi əlavə istehlak nəticəsində ölkədə düyü tapmaq çətinləşib.
Bir çox marketlərdə düyü rəfləri boş qalıb, piştaxtalara “Təchizat çatışmazlığı səbəbindən düyü satışı həyata keçirilə bilməz” xəbərdarlığı asılıb.
Yaponiyada özəl sektorun əlində olan düyü ehtiyatı iyun ayında 1,56 milyon tona düşüb ki, bu da 1999-cu ildə bu sahədə məlumatların toplanmasının başlanmasından bəri ən aşağı səviyyədir.
Hər il orta hesabla 100 min ton azalan düyü tələbatı əvvəlki ilə nisbətən 110 min ton artaraq 2024-cü ilin iyun ayına qədər olan 1 illik dövrdə 7,02 milyon tona çatıb.
Düyü tələbinin artmasının səbəbləri arasında istehlakı artıran rekord sayda xarici ziyarətçi və iqlim şəraiti ilə əlaqədar təklifin azalması göstərilib.
Təbii fəlakətlərin ehtiyat toplama meylini artırdığı şərh edilib.