Yeni Dehlidə atəşfəşanlıq qadağan edilib


Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək atəşfəşanlıq istehsalı, satışı və istifadəsi qadağan edilib.


"Hindustan Times" qəzetinin məlumatına görə, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai məsələ ilə bağlı açıqlama verib. Rai paytaxtda havanın çirklənməsinə nəzarət etmək üçün 2025-ci il yanvarın 1-dək hər cür atəşfəşanlığın istehsalı, satışı və istifadəsinin qadağan edildiyini açıqlayıb.

Qadağanın ciddi şəkildə həyata keçirilməsi üçün müvafiq bölmələrin birgə hərəkət edəcəyini bildirən Rai deyib: "Çirkliyə nəzarət etmək üçün hamımız birlikdə məsuliyyət daşımalıyıq. Hər bir Dehli sakini çirklənmə döyüşçüsü olarsa və ətraf mühitin qorunmasında liderlik edərsə, insanları təhlükədən xilas edə bilərik".

Qeyd edək ki, Yeni Dehli dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu