Nigeriyada Yeni il şənlikləri zamanı atəşfəşanlıq qadağan edildi
Nigeriyada Milad və Yeni il şənlikləri zamanı atəşfəşanlıq və partlayıcı məhsullardan istifadə təhlükəsizlik problemlərinə görə qadağan edilib.
Təhlükəsizlik Baş İdarəsindən verilən açıqlamada, ölkədə artan təhlükəsizlik problemləri səbəbiylə ştatlarda Milad və Yeni il şənliklərində atəşfəşanlıq və bütün partlayıcı məhsulların satışı və istifadəsinin qadağan edildiyi bildirilib.
Açıqlamada ictimaiyyətin təhlükəsizliyi üçün belə bir qərarın verildiyi və borcunu yerinə yetirməyənlərin saxlanılacağı və barələrində cinayət işi açılacağı bildirilib.