İngiltərə və Uelsdəki həbsxanalardakı sıxlıq səbəbindən 1750 məhbus vaxtından əvvəl azad ediləcək
Həbsxanalardakı sıxlığı azaltmaq üçün İngiltərə və Uelsdə təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcəyi açıqlanıb.
Britaniya hökuməti həbsxanalarda həddindən artıq sıxlığı azaltmaq üçün nəzərdə tutulmuş planın bir hissəsi olaraq cinsi cinayətlər, ciddi zorakılıq və terrorizm cinayətləri və məişət zorakılığı ilə bağlı bəzi cinayətlər istisna olmaqla, təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcəyini açıqlayıb.
Bildirilib ki, 5 ildən az müddətə azadlıqdan məhrum edilən cinayətkarlar cəzalarının yarısını deyil, 40 faizini başa vurduqdan sonra azadlığa çıxacaqlar.
İngiltərə və Uels həbsxanalarının baş müfəttişi Çarli Taylor "Sky News" kanalına verdiyi açıqlamada cinayətkarların bu cür vaxtından əvvəl azad edilməsinin riskli olacağı barədə xəbərdarlıq edib.