Portuqaliyada həbsxanadan qaçan 5 məhbus üçün beynəlxalq axtarış elan edilib


Portuqaliyanın paytaxtı Lissabonda həbsxanadan 5 məhbus qaçıb. Səlahiyyətlilər qaçanların çox təhlükəli olduqlarını, azadlıq üçün hər şeyi edəcəklərini və zorakılığa meylli olduqlarını açıqlayıblar.



Sentyabrın 7-də Lissabondakı həbsxanadan 2-si portuqal, 1-i argentinalı, 1-i britaniyalı və 1-i gürcü olmaqla, 5 məhbus qaçıb. Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Sisteminin baş katibi Manuel Vieira 7 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilmiş qaçaqların çox təhlükəli olduğunu bildirib.

Ölkə daxilində bütün təhlükəsizlik sistemləri işə salınıb. İnterpol və Europol-a lazımi məlumatlar verilib. Beynəlxalq axtarışa və həbsə order verildiyi açıqlanıb.

"Biz indi həm milli, həm də beynəlxalq səviyyədə informasiya dövriyyəsi ilə kifayət qədər rahatıq. Ediləcək hər şey edilir", - Portuqaliya hökumət rəsmisi deyib. Bildirilib ki, indiki mərhələdə sərhədlərin bağlanmasına ehtiyac yoxdur.

Narkotik ticarəti, çirkli pulların yuyulması, oğurluq, adam oğurluğu, qəsb və cinayət təşkilatına üzv olmaq ittihamları ilə məhkum edilmiş qaçaq məhbusların Fernando Ribeiro Ferreira, Rodolf Jose Lohrmann, Mark Cameron Roscaleer, Fabio Fernandes Santos Loureiro və Şergili Farjiani olduğu elan edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu