9 aylıq körpənin üzərinə qəhvə tökən təcavüzkarın axtarışına başlanılıb
Avstraliyada parkda 9 aylıq körpənin üzərinə isti qəhvə tökərək ciddi yanıqlara səbəb olan 33 yaşlı təcavüzkarın tutulması üçün axtarışa başlanılıb.
Hadisə avqustun 31-də Avstraliyanın Kvinslend ştatının Brisben şəhərindəki parkda piknik edən ailəyə qarşı baş verib.
Təcavüzkar ailəyə yaxınlaşaraq, isti qəhvəni 9 aylıq körpənin üzərinə tökərək hadisə yerindən qaçıb. Körpənin üzündə və bədənində ciddi yanıqlar yaranıb.
Polis hadisə yerindən qaçan təcavüzkarın tutulması əmrini verib. Lakin təcavüzkar hələ də tutulmayıb. Ölkədən qaçdığı məlum olan təcavüzkarın axtarışına başlanılıb.
İstintaqı aparan müfəttiş Pol Dalton verdiyi açıqlamada hadisənin indiyə qədər gördüyü ən mürəkkəb və sinir bozucu hadisə olduğunu ifadə edərək, hücum edənin şəxsiyyətinin müəyyən edildiyini və onun hansı ölkəyə qaçdığının da müəyyən edildiyini bildirib.
Təcavüzkarın ölkədən qaçdığı müəyyən edildikdən sonra Avstraliya polisi digər ölkələrdən dəstək istəyib. Dalton qeyd edib ki, hücum edən şəxs 2019-cu ildən Avstraliyaya səfər edib və Yeni Cənubi Uels və Viktoriyada yaşadığı haqqında məlumat var.
Mənbə: İHA