BMW 1,5 milyon avtomobilini geri çağıracaq - Səhmlərinin azalması 11 faizi ötüb


Münhendə yerləşən avtomobil istehsalçısı "BMW Group" əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.



BMW-nin səhmlərinin azalması 11 faizi ötüb.

Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group 2024-cü maliyyə ili üçün gözləntilərində düzəlişə edib.

Bu çərçivədə 1,5 milyon avtomobilin təsirləndiyini və əyləc sistemindəki problemlər səbəbiylə geri çağırılacağını açıqlayan şirkət, zəmanət xərclərində artım olacağını açıqlayıb. Bu açıqlamadan sonra BMW-nin səhmlərindəki azalma 11 faizi ötüb.

BMW həmçinin Çində tələbin durğunluğu səbəbindən satışlarının təsirləndiyinə və istehlakçı tələbinin zəif qaldığına diqqət çəkib.

BMW-də problemlər Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyadakı "Volkswagen"də böhran və ölkədə sənayesizləşmə riski ilə bağlı xəbərdarlıqların artdığı bir vaxtda baş verir.

Alman avtomobil istehsalçısı "Volkswagen" qənaət və xərclərin azaldılması tədbirlərinin bir hissəsi olaraq tarixində ilk dəfə Almaniyadakı fabriklərini bağlamağı düşünərkən, şirkət 30 illik məşğulluğun qorunması müqaviləsini vaxtından əvvəl ləğv edəcəyini təsdiqləyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu