"Volkswagen"də hava yastığı problemi - 271 mindən çox avtomobil geri çağırıldı


Alman avtomobil istehsalçısı "Volkswagen" ehtimal olunan qəza zamanı ön sərnişin hava yastığının açılmaması səbəbi ilə ABŞ-da 271 mindən çox avtomobili geri çağırıb.



ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi tərəfindən verilən açıqlamada, geri çağırışın 2021-2024 "Atlas" və 2020-2024 "Atlas Cross Sport" model avtomobilləri əhatə etdiyi bildirilib.

Qeyd edilib ki, oturacaqda oturan şəxs varsa, sərnişin aşkarlama sisteminin naqillərində nasazlıq yarana və qabaq sərnişin hava yastığı sıradan çıxa bilər ki, bu da qəza zamanı yaralanma riskini artıracaq.

Açıqlamada geri çağırışdan təsirlənən potensial avtomobil sayının 271 min 330 olduğu bildirildi.

Dilerlərin sərnişin aşkarlama sisteminin sensorlarını və kabellərini pulsuz dəyişdirəcəkləri və geri çağırılmadan təsirlənən avtomobil sahiblərinin "Volkswagen"in müştəri xidmətləri ilə əlaqə saxlaya biləcəkləri vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu