Hindistanın Karnataka ştatında baş verən davada 52 nəfər saxlanılıb


Karnataka polisi dünən Mandya rayonunda “Qanpati” paradında dava olduğunu açıqlayıb.



Bu barədə “India Today” məlumat verib.

Karnataka ştatının daxili işlər naziri Q.Parmeşvar parad zamanı fil başlı hindu tanrısı Qaneşa bütünə daş atıldığını və hazırda vəziyyətin nəzarət altında olduğunu bildirib.

Bir qrup hindu gənci paradda gəzdirdikləri Qaneşa heykəlini bölgədəki polis idarəsinin qarşısına qoyarkən, digər qrup bəzi mağazaları yandırıb.

Polisin müdaxilə etdiyi hadisədə əlbəyaxa davada iştirak etdiyi iddia edilən 52 nəfər saxlanılıb.

Saxlanılanların ailələri rayonda polis idarəsinin qarşısına toplaşaraq yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu