Stoltenberq Rusiya ilə dialoqu zəruri hesab edir


Ukraynadakı münaqişəyə nə vaxtsa son qoymaq üçün Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır.


AFN.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, hələ də Rusiya ilə müdafiə və çəkindirmə ilə bağlı dialoqa inandığını deyib: "Biz mənalı dialoq üçün güclü olmalıyıq. Baxmayaraq ki, indi bunun üçün daha az ehtimal var. 2014-cü illə müqayisədə, demək olar ki,o da yoxdur. Bir şey aydındır: bu müharibəyə son qoymaq üçün müəyyən məqamda Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır, lakin bu, Ukraynanın gücünə əsaslanmalıdır”.

NATO-nun baş katibi kimi işini başa vurduqdan sonra (oktyabrın 1-dən sonra - red.) nə edəcəyi ilə bağlı sualı cavablandıran Stoltenberq deyib ki, qarşısında çoxlu variant var: “Memuar yazmağı ciddi şəkildə düşünürəm. Amma mən artıq böyük bir vəzifə üçün çalışmıram və Osloda yaşayacağam".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu