İsveç NATO-nun Laplandiyadakı bazasına komandanlıq edəcək

İsveç Finlandiya Laplandiyasındakı NATO bazasına komandanlıq edəcək.
AFN.az xəbər verir ki, bu barədə yerli media mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bazanın idarə olunması və qoşunlara komandanlıq etmək İsveçin üzərinə düşəcək. Bundan əlavə, Stokholm Finlandiyaya 20-dən 50-dək isveçli zabit göndərə bilər. Baza heyəti də əsasən isveçlilərdən ibarət olacaq.
Bazanın İsveç komandanlığı Finlandiyaya diqqətini ölkənin cənub hissəsinin qorunmasına yönəltməyə imkan verəcək.