Yaponiya tarixində bir ilk: 100 yaşdan yuxarı insanların sayı 95 mini keçdi
Yaponiyada 100 yaşdan yuxarı insanların sayı ilk dəfə olaraq 95 mini keçib.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə artan yaşlı əhali ilə bağlı statistikanı açıqlayıb.
Müvafiq olaraq qeyd olunub ki, 100 yaşdan yuxarı əhalinin sayı ardıcıl 54 ildir ki, artıb. Sentyabr ayı etibarilə ölkədə 100 yaşdan yuxarı əhali 95 min 119 olaraq qeyd edilib.
Keçən ilki məlumatlarla müqayisədə sayı 2 min 980 artıb. Yaşı 100-dən yuxarı olanların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin isə kişi olduğu qeyd edilib.
Nazirlik sözçüsü mövzu ilə bağlı açıqlamasında "Yaşlıların rahat yaşamağa davam etmələri üçün tibbi və tibb bacısı baxımı da daxil olmaqla sosial rifah xidmətlərini artırmağa çalışacağıq" deyib.
Yaponiyada ilk dəfə 1963-cü ildə bir əsrdən çox ömür sürənlərlə bağlı əhali məlumatları qeydə alınmağa başlanıb.
Mənbə: AA