Süni intellekt artıq ölüm tarixini təyin edir


Yeni bir süni intellekt proqramı istifadəçiləri daha sağlam seçimlər etməyə və daha uzun yaşamağa həvəsləndirmək üçün ölüm tarixini təyin edə biləcəyini iddia edir.



"New York Post"da dərc olunan araşdırmaya görə, proqram insanları sağlam dəyişikliklərə sövq etmək üçün ölüm faktorlarını hesablayır.

Tətbiqin məqsədi insanları çox gec olmadan həyatlarında mənalı dəyişikliklər etmələri barədə xəbərdar etməkdir.

Şirkətin təsisçisi Brent Franson deyir ki, indiki dünyada səhiyyə çox vaxt reaktivdir, yalnız problemlər yarandıqda və çox vaxt çox gec olduqda reaksiya verir. Fransonun sözlərinə görə, ölüm saatı sağlam yaşamaq tövsiyələri ilə təchiz olunub və insanları daha uzun və sağlam ömür sürməyə təşviq edir.

Qan testləri və genetik müayinələr kimi şəxsi sağlamlıq sənədləri tətbiqə yüklənə bilər. Daha sonra süni intellekt daxil edilmiş məlumatlar əsasında fərdiləşdirilmiş uzunömürlülük planı yaradır.

Tətbiq istifadəçiləri deyirlər ki, verilən suallar xolesterol səviyyəsi kimi bioloji amillərdən tutmuş yuxu, psixi sağlamlıqla bağlı suallara, insanın gündə nə qədər oturduğuna qədər müxtəlifdir. Digər suallar qidalanma, fiziki fəaliyyət, siqaret və ictimai həyata sahib olub-olmamaq ətrafında dövr edir.

"Ölüm saatı" proqramı rəsmi olaraq sentyabrın 18-də istifadəyə verilib. İstifadəçilər proqramdan ölüm tarixini pulsuz görə bilər, lakin sağlamlığını yaxşılaşdırmaq və potensial ölüm tarixini təxirə salmaq üçün təklif olunan uzunömürlülük planı üçün hər il 40 dollar ödəməlidilər.

Sosial şəbəkələrdə edilən şərhlərdə praktikanın qorxulu olduğunu deyənlərlə yanaşı, yaxşı motivasiya vasitəsi olduğunu deyənlər də var.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu