Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb


Yaponiya Mərkəzi Bankı (BOJ) siyasət dərəcəsini sabit saxlayıb və istehlak artımını əvvəlkindən daha güclü qiymətləndirib.



Mərkəzi Bankın istehlakı daha güclü qiymətləndirməsi onun gələcək aylarda faiz dərəcələrini yenidən artıra biləcəyini göstərib.

Bu gün başa çatan iki günlük pul siyasəti iclasında BOJ gözləntilərə uyğun olaraq qısamüddətli faiz dərəcələrini 0,25 faiz səviyyəsində sabit saxlayıb.

Bazarlar qərardan sonra Bakı vaxtı ilə 10:30-da başlayacaq mətbuat konfransında BOJ rəhbəri Kazuo Uedanın gələcək faiz artımlarının vaxtı və sürəti ilə bağlı verəcəyi ipuçlarına diqqət yetirəcək.

BOJ tərəfindən verilən açıqlamada, qiymət artımlarının və digər amillərin təsirinə baxmayaraq, özəl istehlak orta dərəcədə yüksəliş trendindədir.

BOJ martda mənfi faiz dərəcələrinə son qoyub və iyulda qısamüddətli faiz dərəcələrini 0,25 faizə yüksəldərək on illik təşviq proqramından uzaqlaşma yolunda mühüm bir addım atıb.

Ueda inflyasiyanın idarə heyəti tərəfindən nəzərdə tutulduğu kimi 2 faizlik hədəfə daimi olaraq çatmaq yolunda davam edəcəyi təqdirdə BOJ faiz dərəcələrini artırmağa davam etməyə hazır olduğunu söyləyib.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu