KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb


İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə ABC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Kanalın mənbələri yəhudi dövlətinin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyiblər. Bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə ön şirkət yaradıb. Bu müəssisələrdə çalışan bəzi işçilər əslində kimin üçün işlədiklərini belə bilməyiblər.

"Bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" olub və müqaviləyə əsasən, o, Tayvanın "Gold Apollo" şirkətinin brendi altında peycerlər istehsal etməli idi" - deyə ABC qeyd edir. Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, "BAC Consulting" isə sadəcə reseller olub və ölkədə heç nə istehsal etmir.

ABC mənbələri həmçinin bildiriblər ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu