Livanlılar yeni partlayışlar qorxusundan telefonları söndürürlər


Livan sakinləri ikinci partlayış dalğasından sonra yeni partlayışlardan qorxaraq telefonları və digər cihazları söndürürlər.


AFN.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, livanlılar invertorları və günəş panellərini də söndürüblər. İndi ölkə sakinləri hətta uşaq monitorları, televizor və noutbuklardan da şübhələnirlər.

"Peycerlərin partlaması Livan xalqının gündəlik həyatını çaxnaşma və zorakılıq səhnələrinə çevirib. Bu hücumlar səhiyyə sistemini ciddi şəkildə pozub, xəstəxanalar qurbanlarla dolub" - deyə qəzet qeyd edib.

Eyni zamanda, nəşr aydınlaşdırır ki, İsrail şiə hərəkatı Hizbullah ilə müharibəyə getdikcə daha çox vəsait ayırır, diqqətini Qəzza zolağındakı münaqişədən bu istiqamətə yönəldir. Bundan əvvəl ABC telekanalı İsrailin 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu