Livanda təyyarələrdə peycerlərin daşınması qadağan edildi


İsrailin Livandakı kiberhücumundan sonra ölkədə təyyarələrdə radio ötürücülərin və peycerlərin daşınması qadağan edilib.



İsrail Livanda Hizbullahın rabitə üçün istifadə etdiyi peycerləri partlatdıqdan sonra Livan Mülki Aviasiya İdarəsi sərnişinlərə təyyarədə və baqajlarında peycer aparmağı qadağan etmək qərarına gəlib.

Livan Mülki Aviasiya İdarəsi tərəfindən Livandan uçan bütün yerli və xarici hava yollarına göndərilən məktubda Beyrut Rəfik Həriri Hava Limanından uçan bütün sərnişinlərin növbəti xəbərdarlığa qədər təyyarədə peycer və radio aparatları daşıması qadağan edilib. Bildirilib ki, qadağa təkcə sərnişinlərə deyil, onların özləri ilə apardıqları baqajlara da şamil edilir.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu