"Lufthansa" Tel-Əviv və Tehrana uçuşları ləğv etdi


Almaniyanın "Lufthansa" aviaşirkəti peycerlərin Livanda partladılmasından sonra sentyabrın 19-dək İsrail və İrana uçuşları dayandırıb.



"Lufthansa" peycerlərin Livanda partladılmasından sonra İsrail və İrana uçuşlarda dəyişikliklər edildiyini açıqlayıb.

Açıqlamada təhlükəsizlik vəziyyətindəki qısamüddətli dəyişikliyə görə Tel-Əviv və Tehrana uçuşların dərhal dayandırıldığı və "Lufthansa" qrupuna bağlı bütün aviaşirkətlərin də bu müddət ərzində İsrail və İran hava məkanından kənarlaşacağını bildirilib.

"Lufthansa"nın ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğv etmə variantları təqdim etdiyi xatırladılan açıqlamada, Alman şirkətinin vəziyyəti yaxından izlədiyini və yaxın günlərdə vəziyyəti qiymətləndirməyə davam edəcəyi bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu