Rusiya növbəti dəfə Ukraynanı hədəfə aldı - 17 nəfər yaralandı


Rusiya ötən gecə Ukraynanın Zaporojya şəhərinə hücum edib. Hücum nəticəsində 1-i uşaq olmaqla 17 nəfər xəsarət alıb.



Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada gecə saatlarında Zaporojjyaya hava hücumu nəticəsində biri uşaq olmaqla 17 nəfərin yaralandığı qeyd edilib. Hadisə yerində xilasetmə qrupları, polis əməkdaşları, partlayıcı maddələr üzrə ekspertlər, Ukrayna Qızıl Xaç Cəmiyyətinin Çevik Hücum bölməsinin könüllüləri və digər müvafiq şəhər xidmətlərinin işlədiyi qeyd edilib.

Gecə verdiyi açıqlamada Zaporojya vilayətinin qubernatoru İvan Fedorov hücumdan sonra bölgədəki vəziyyətlə bağlı məlumat paylaşaraq, “Rusiyanın Zaporojyanın mərkəzində həyata keçirdiyi hücumda 16 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Bu, indiki məlumatdır. Xəstəxanada olan 4 qadının vəziyyəti qənaətbəxşdir. Digər yaralıların müalicəsi isə evdə davam edir. 13 çoxmərtəbəli binaya, təhsil müəssisəsinə, şəxsi mülklərə, avtomobillərə, qarajlara və evlərə ziyan dəyib. Düşmən gecə saatlarında hücuma keçərək Zaporojya bölgəsinə azı 7 hava zərbəsi endirib. Hazırda hücum bölgələrində xilasetmə qrupları, ictimai xidmətlər və könüllülər işləyir" vurğulayıb.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu