Sudanda bazara hücum nəticəsində 15 nəfər ölüb


Sudanda bazarın artilleriyadan atəşə tutulması nəticəsində 15 nəfər ölüb, 61 nəfər yaralanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Sudanın mərkəzindəki Omdurman şəhərindəki bazara Çevik Hücum Qüvvələri hücum həyata keçirilib.

Artilleriya hücumu nəticəsində 15 nəfər ölüb, 61 nəfər yaralanıb. Məlumatı Sudanın Səhiyyə Nazirliyi də təsdiqləyib və detallarla bağlı məlumat açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu