ABŞ avtomobillərdə Çin və Rusiya istehsalı olan texnologiyaları qadağan etməyi planlaşdırır


ABŞ təhlükəsizlik riskləri səbəbindən Çin və Rusiyada istehsal olunan bəzi aparat və proqram təminatının avtomobil, yük maşınları və avtobuslarda istifadəsini qadağan etməyi planlaşdırır.



ABŞ-ın ticarət naziri Gina Raimondo bu planların hədəflənmiş, proaktiv addımlar olduğunu və ABŞ-ı qorumaq məqsədi daşıdığını bildirib.

"Bu gün nəqliyyat vasitələri kameralar, mikrofonlar, GPS izləmə sistemləri və internetə qoşulan digər texnologiyalarla təchiz olunub. Bu məlumatlara çıxışı olan xarici düşmənin milli təhlükəsizliyimizə və vətəndaşlarımızın şəxsi həyatına ciddi təhlükə yarada biləcəyini başa düşmək çətin deyil" deyə Raimondo vurğulayıb.

Çin rəsmiləri isə ABŞ-ın milli təhlükəsizlik anlayışını genişləndirərək ədalətsiz olaraq Çin şirkətlərini hədəf aldığını bildirib.

Qeyd edək ki, ABŞ daha əvvəl Çinə qarşı elektrikli avtomobillər, akkumulyatorlar və digər məhsullara əlavə vergilər tətbiq etmiş və kibertəhlükəsizlik riski səbəbilə Çin istehsalı olan yük kranlarının idxalını qadağan etmişdi.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu