Gürcüstanın baş nazirinin BMT tədbirinə dəvəti ləğv edildi


ABŞ prezidenti Co Baydenin administrasiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzeni BMT Assosiasiyasının illik qəbuluna dəvət olunanlar siyahısından çıxarıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb respublika hökumətinin ABŞ-a və onun Qərb tərəfdaşlarına qarşı sərgilədiyi “antidemokratik hərəkətlər, dezinformasiya və mənfi ritorika” olub.

Bu barədə "Mtavari Arxi" telekanalı ABŞ-ın Tiflisdəki səfirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, respublikanın nümayəndə heyətinin də görüşlərinə icazə verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu