Bayden Zelenski ilə görüşündə Ukraynaya tam dəstəyini təkrarladı


Nyu Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı Kiyevə hərtərəfli dəstəyi davam etdirəcəklərini vurğulayıb.


Ağ Ev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasları çərçivəsində Bayden və Zelenskinin görüşü ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Bayden Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya güclü dəstəyinin davam edəcəyi mesajını verib və Ukraynaya elan ediləcək yeni yardım paketini xatırladıb.

Ağ Evdə qonaq edəcəyi Zelenski ilə görüşən Bayden, Ukraynanın yenidən qurulması ilə bağlı 30-dan çox ölkənin imzaladığı birgə bəyannaməni də hərtərəfli dəyərləndirib.

Digər tərəfdən, Pentaqonun Bayden-Zelenski görüşü zamanı verdiyi açıqlamada Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardımın göndəriləcəyi bildirilib.

Müvafiq olaraq, ABŞ Kiyevə Ukraynaya hava-yer tipli raket sursatları, HIMARS raketləri, 155 və 105 millimetrlik silahlar və “Javelin” tank əleyhinə silahlar kimi əhəmiyyətli miqdarda silah göndərəcək.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu