Co Bayden Zelenskidən üzr istəyib


ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskidən aprel ayında Ukraynaya hərbi yardımın aylarla gecikməsinə görə üzr istəyib.


İki ölkənin lideri Fransanın paytaxtı Parisdə görüşüb. Zelenskiyə "yanındayıq" mesajını verən Bayden, Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

Bayden aprel ayında imzaladığı ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq hərbi dəstək nəzərdə tutan yardım paketinin qəbulunu aylarla gecikdirdiyinə görə Zelenskidən üzr istəyib.

Zelenski isə ABŞ-ın Ukraynaya “çiyin-çiyinə” dəstəyi davam etdirəcəyinə inandığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu