İlon Maskın Twitter/X platformasındakı ilk şəffaflıq hesabatı dərc edilib


İlon Maskın 2022-ci ilin oktyabrında "Twitter"i aldıqdan sonra X (keçmiş "Twitter") ilk hərtərəfli şəffaflıq hesabatını dərc edib. Hesabatda platformanın istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün göstərdiyi səylər təfərrüatlı şəkildə göstərilib. Maskın rəhbərliyi altında hazırlanan bu ilk hesabatda sosial media platformasının 2024-cü ilin ilk yarısında atdığı addımlar yer alır.



Hesabata görə, 2024-cü ilin birinci yarısında X platformasında 5,3 milyon istifadəçi hesabı dayandırılıb. Bu rəqəm 2022-ci ilin eyni dövründə dayandırılmış hesabların sayından üç dəfə çoxdur.

Lakin bu hesabların niyə dayandırıldığı barədə ətraflı məlumat paylaşılmayıb. Platforma qaydalarını pozduğuna görə 10,6 milyon postun silindiyi və ya işarələndiyi də bildirilib.

Bu yazıların yarısının nifrət nitqi siyasəti çərçivəsində silindiyi, 4,9 milyon məzmunun isə bu səbəbdən silindiyi açıqlanıb.

Təcavüz, sui-istifadə və zorakılıqdan ibarət paylaşımlar da platformada əsasən silinən məzmunlar arasındadı.

Bu şəffaflıq hesabatı Mask platformanı aldıqdan sonra dərc edilən ilk ətraflı hesabatdır.

X-in son hesabatı 2021-ci ilin ikinci yarısında dərc edilib. Bu yeni hesabat platformanın onlayn təcrübəsini təkmilləşdirmək səylərinə işıq salır.

Mənbə: Techtimes



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu