İsrail Livanda əməliyyatı Hizbullah üzərində qələbəyə qədər davam etdirəcəyini bildirib.
İsrail Livanda hərbi əməliyyatı şiə Hizbullah hərəkatının silahlı birləşmələri üzərində qələbəyə qədər davam etdirmək niyyətindədir.
AFN.az xəbər verir ki, bunu İsrailin xarici İşlər naziri İsrael Katz deyib.
O, X hesabında yazıb: "Şimalda atəşkəs olmayacaq. Qələbə və şimal sakinlərinin sağ-salamat evlərinə qayıtmasına qədər Hizbullah terror təşkilatı ilə bütün gücümüzlə mübarizəyə davam edəcəyik".
Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ABŞ və Fransanın təklifi əsasında Livanda erkən atəşkəsin mümkünlüyü barədə yayılan xəbərləri təkzib edib. Bildirilib ki, Netanyahu bu təklifə cavab verməyib və mümkün atəşkəs və ya zərbələrin intensivliyinin azaldılması ilə bağlı iddialar doğru deyil. Əksinə, baş nazir orduya bütün gücü ilə Hizbullaha qarşı mübarizəni davam etdirməyi tapşırıb. "İsrail Qəzza zolağındakı əməliyyatı bütün müharibə məqsədlərinə çatana qədər davam etdirəcək”, - deyə ofisin açıqlamasında bildirilib.