ABŞ "Cryptex" ödəniş sisteminə sanksiya tətbiq edib


ABŞ bir nəfər Rusiya vətəndaşına və "Cryptex" ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib.


AFN.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Məlumatda qeyd edilib ki, rusiyalı Sergey İvanova qarşı sanksiyalar tətbiq edilib. İvanov kiberməkanda çirkli pulların yuyulması sxemində iştirakda ittiham edilir. Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş və Rusiyada fəaliyyət göstərdiyi iddia edilən kriptovalyuta birjası "Cryptex" Amerika məhdudiyyətləri altına düşüb.

ABŞ Dövlət Departamenti həmçinin İvanovun, eləcə də barəsində sanksiyalar tətbiq olunmayan Timur Şahmametovun həbsinə və ittiham olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib. Onların beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirak etməyə cəhd etdikləri iddia edilir. Amerika səlahiyyətlilərinə görə, Şahmametovun oğurlanmış kredit kartı məlumatlarının və şəxsi məlumatların satışı üçün platformanın yaradıcısı olduğu iddia edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu