İsrailin Livandakı quru əməliyyatı sentyabrın 30-u axşam başlaya bilər - KİV


İsrailin Livandakı quru əməliyyatı bu gündən başlaya bilər və çox güman ki, bir neçə gün davam edəcək.


Bu barədə özəl mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail hakimiyyəti artıq ABŞ-ı xəbərdar edib ki, Livanın şiə təşkilatı "Hizbullah"ın birləşmələrini yəhudi dövləti ilə sərhəddən geri çəkmək əməliyyatı bazar ertəsi axşam başlaya bilər. Döyüşlər bir neçə gün davam edəcək və əhatə dairəsi məhdud olacaq. Bundan əlavə, İsrail ordusu Hizbullahın infrastrukturunu, o cümlədən silah anbarlarını məhv etməyi hədəfləyir, telekanal göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu