Aİ ölkələri Livandakı vəziyyətlə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyib


Avropa İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətə həsr olunmuş iclasının təcili çağırılmasında israrlıdırlar.


Bunu üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra Aİ diplomatiyasının rəhbəri Cozef Borrel deyib.

"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - deyə o, qeyd edib.

Borrelin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar. “İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır” - deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

O, xatırladıb ki, Livanda 1 milyona yaxın insan artıq məcburi köçkün vəziyyətinə düşüb və çoxları Suriya vasitəsilə ölkəni tərk etməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu