Litva ABŞ-dan HIMARS alır


Amerikanın HIMARS raket buraxılış qurğuları 2025-ci ildə Litvaya çatdırılacaq.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Litva ordusunun komandanı Raymundas Vaiksnoras bildirib.

Raymundas Vaiksnorasla ABŞ ordusunun komandanı Çarlz Braun arasında keçirilən görüşdən sonra tərəflər HIMARS və Black Hawk helikopterlərinin alınması barədə razılığa gəliblər. Vaiksnorasın sözlərinə görə, Litva həmçinin Litva əsgərlərinin bacarıqlarını artırmaq, avadanlıqları idarə etmək məqsədilə təlimlərin sürətləndirilməsi üçün danışıqlar aparır.

Komandan əlavə edib ki, texnikanın alınması Litva ordusunun imkan daxilində gücləndirilməsinin bir hissəsidir. “Biz hamımız başa düşürük ki, Rusiya öz potensialını sürətlə artıra bilər. Əgər bu baş verərsə, Litva üçün təhlükədir”, - deyə o, bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu