Yaponiyada hava limanının eniş zolağında partlayış baş verib


Yaponiyanın Miyazaki hava limanının uçuş-enmə zolağında naməlum səbəbdən partlayış baş verib. Uçuş-enmə zolağında diametri 7 metr və dərinliyi 1 metr olan çuxur yaranıb, bütün uçuşlar dayandırılıb.



Yaponiyanın Miyazaki əyalətində yerləşən Miyazaki hava limanı qorxulu hadisənin şahidi olub. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 08:00 radələrində uçuş-enmə zolağı ilə apron arasındakı taksi yolu hissəsində partlayış baş verib. Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilib. Partlayışdan sonra diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi müəyyən edilib.

Hadisə zamanı ölən və yaralanan olmasa da, ehtiyat tədbiri olaraq bütün uçuşlar dayandırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb. Uçuş zolağında İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış hərbi sursatların olması ehtimalı ilə Saqa əyalətində yerləşən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) bomba zərərsizləşdirilməsi qrupunun Miyazaki hava limanına göndərildiyi açıqlanıb.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu